Türkiyədə silahlı İNSİDENT Azərbaycanlı güllələndi FOTO

25.03.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.

Belə ki, restoranda 3 nəfər; Erkan A, Beyhan T və Azərbaycan vətəndaşı Hüseyn M. iki naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində yaralanıb.

Hücum edən şəxslər hadisə yerindən qaçıb.

Əraziyə polis əməkdşaları və təcili yardım cəlb olunub. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Erkan A. və Beyhan T.-nin vəziyyətinin ağır olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan vətəndaşı yüngül xəsarət alıb.

Polis hadisəni törədən şəxllərin saxlanılması üçün operativ əməliyyat tədbirləri keçirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью