Türkiyədə silahlı insident olub, ölən və xəsarət alanlar var

19.10.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin İstanbul şəhərində silahlı insident olub.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Esenyurt rayonunda küçədə dayanan 4 nəfərə dövlət nömrə nişanı məlum olmayan avtomobildən odlu silahla atəş açılıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Ərazyə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara aparılıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan biri ölüb.

Polis ərazidən qaçan cinayətkarın (və ya cinayətkarların) yaxalanması üçün əməliyyata başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью