Türkiyədə simit 15 manata satılır FOTO

22.04.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabiha Gökçen Hava Limanındakı kafelərin birində satılan simit arası pendir və pomidorun qiyməti sərnişinlərin təəccübünə səbəb olub.

Milli.Az xəbər verir ki, hava limanındakı kafelərin birində simit 355 lirəyə ( 15 AZN ) satılır.

Simitin bahalığı narazılıq doğurub. İstifadəçilər bu qədər sadə məhsulun bu qədər baha satılmasına etiraz ediblər.

Onlar hava limanlarında qida qiymətlərinə nəzarətin vacibliyini bildiriblər.

Qeyd edək ki, Türkiyədə dönər İstanbulun mərkəzi yerlərində 19 manata satılır.

İsmayıl
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью