Türkiyədə şok əməliyyat: CHP nin bələdiyyəsinə polis basqını

03.10.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının nəzarətində olan bələdiyyələrdə polis əməliyyatları davam edir. 

“Cebheinfo.az”-ın məlumatına görə, oktyabrın 3-də səhər saatlarında polis və prokurorluq əməkdaşları İstanbulun Eyüpsultan bələdiyyəsində əməliyyat keçiriblər. 

Bələdiyyənin meri, CHP nümayəndəsi Mithat Bülent Özmen saxlanılıb. Özmenlə birlikdə 23-ü bələdiyyə işçisi olan ümumilikdə 28 nəfərin də saxlanıldığı xəbər verilir.

Oktyabrın 2-də axşam saatlarında Mersin bələdiyyəsində də oxşar əməliyyat aparılıb. Şəhərin meri Vahap Seçer və daha 58 nəfər saxlanılıb.

İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra Vahap Seçer Türkiyə Bələdiyyələr Birliyinin sədri vəzifəsini icra edib. 

Saxlanılanlar arasında Yenişehir rayon bələdiyyə sədri Abdullah Özyiğit və Mezitli rayon bələdiyyə sədri Əhməd Serkan Tuncer də var.

Qeyd edək ki, 31 mart 2024-cü ildə keçirilən son bələdiyyə seçkilərindən bəri polis CHP-nin nəzarəti altında olan ən azı 43 bələdiyyədə əməliyyat keçirib. Nəticədə, merlər də daxil olmaqla, vəzifəli şəxslər saxlanılıb və həbs edilib.

Onlardan 30-dan çoxu hazırda həbsdədir, qalanları isə ev dustaqlığındadır. Saxlanılan merlər və digər bələdiyyə rəsmiləri əsasən korrupsiya, dövlət əmlakını mənimsəmə və terror təşkilatı yaratmaq və ya orada iştirak etməkdə ittiham olunurlar. Müxalifət isə öz növbəsində bu halları siyasi motivli hesab edir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью