Türkiyədə son 11 saatda ikinci zəlzələ

09.10.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Türkiyədə zəlzələ olub.

525.az Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir ki, yerli vaxtla 10:29-da Kütahya vilayətində 3.5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Simav şəhəri olub.

Zəlzələ zamanı hər hansı dağıntı baş verməyib.

Qeyd edək ki, gecə saat 02:54-də də Kütahyada 4.5 bal gücündə zəlzələ olmuşdu.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью