Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Türkiyənin bir sıra iri şəhərlərində partiyaların gücü ilə bağlı sosioloji sorğu keçirilib.
"Cebheinfo.az" Türkiyə mətbuatına istinadla xəbər verir ki, "GENAR" araşdırma şirkəti tərəfindən keçirilən sorğuda respondentlərə bir sual ünvanlanıb:
“Əgər bu bazar günü seçki olsa, hansı partiyaya səs verərsiniz?”
Şirkətin hesabatına əsasən, sorğuya qatılanlar bu partiyalara üstünlük verdiyini deyiblər:
1. AK Partiya: 36.1 %
2. Yeni Partiya: 21.6 %
3. DEM Partiyası: 9.4 %
4. MHP: 8.0 %
5. İYİ Partiyası: 7.7 %
6. CHP: 6.6 %
7. Anahtar Partiya: 3.0 %
8. Zafer Partiyası: 2.8 %
9. Yeniden Refah Partiyası: 2.5 %
10. TİP: 0.9 %
11. Səadət Partiyası: 0.5 % və s.
Sorğunun nəticələrini qiymətləndirən "GENAR" sədri İhsan Aktaş, AK Partinin (Ədalət və İnkişaf Partiyası) son altı aydır 35-36 % aralığında sabit kursunu qoruduğunu bildirib.
O qeyd edib ki, MHP təxminən 8 % səs toplasa da, “Cümhur İttifaqı”nın ümumi səslərin təxminən 45 %-ə çatdığını vurğulayıb.
Aktaş əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderlik təsiri, müxalifətin namizəd strukturu və potensial yeni ittifaq prosesləri seçkilərin nəticələrində həlledici rol oynayacaq.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin