Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
"ORC Research" sorğu şirkəti “Yeni Partiya”nın yaradılmasından sonra keçirdiyi ilk ümumi seçki sorğusunun nəticələrini ictimaiyyətə açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, iyulun 27-dən 29-dək 26 vilayətdə 1920 iştirakçı arasında keçirilən rəy sorğusunda hakim Ədalət və İnkişaf Partiyası birinci yeri tutub.
“Bu bazar günü seçkilər keçirlsəydi hansı partiyaya səs verərdiniz” sualına cavabında respondentlərin 32,5 faizi AKP-ni seçib.
İkinci yerdə isə yeni qurulan “Yeni Partiya” qərarlaşıb. Sorğuda iştirak edənlərin 19,4 faizi “Yeni Partiya”ya səs vermək istədiyini bildirib.
Cümhuriyyət Xalq Partiyası (CHP) üçüncü sırada yer alıb. CHP-yə respondentlərin 11,8 faizi səs verməyə hazır olduğunu deyib.
Rəyi soruşulan seçicilərin cavablarına uyğun olaraq DEM Partiyası 8,5 faizlə 4-cü, Milliyyətçi Hərəkat Partiyası 8,1 faizlə 5-ci, İYİ Partiya 5,6 faizlə 6-cı, Qələbə Partiyası 3,8 faizlə 7-ci yeri tutub.
3,4 faiz seçici dəstəyi Böyük Birlik Partiyası 8-ci, Səadət Partiyası 2,2 faizlə 9-cu, Yenidən Rifah Partiyası 2.0 faizlə 10-cu sırada mövqe tutub.
Başqa partiyalar isə 2,7 faizlə digər yerləri bölüşüb. Qeyd edək ki, "ORC Research" sorğu şirkəti Türkiyədə daha çox hakim “Cümhur İttifaqı”na daxil olan MHP-yə yaxınlığı ilə tanınır.
Bu baxımdan, rəy sorğusunun hakimiyyətin maraqlarını əks etdirdiyi istisna olunmur.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin