Türkiyədə su böhranı, Bursanın 35 günlük suyu qaldı

19.08.2025

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Türkiyədə ciddi su qıtlığı yaranıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, su böhranı daha çox Bursada hiss edilməkdədir. Məlumata görə, Bursansanın su ehtiyacını qarşılayan iki bənddən biri olan Nilüfer Anbarı tamamilə quruyub. Doğancı Anbarı isə 19 faiz tutumdadır və şəhərdə 35 günlük su qaldığı bildirilir.
Bursa Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Bozbey, "Hazır olmalıyıq. 35 günlük suyumuz qalıb. Bursalıları suya qənaət etməyə çağırıram. Əvvəlki istəklərimizi yerinə yetirmiş yaxşı insanları suya qənaət etməyə çağırmaq istəyirik. Sentyabrın ortalarından başlayaraq yağış yağacağını gözləyirik. Bu, suyun yığılmasına imkan verəcək",-deyə bildirib.
Mehman Mehdiyev
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью