Türkiyədə Suriya və Hizbullah arasında danışıqlar aparılıb

01.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Suriya hökumətinin və Livanın "Hizbullah" hərəkatının nümayəndələri tərəflər arasında gərginliyi azaltmaq məqsədilə Türkiyədə birbaşa danışıqlar aparıblar.

"Cebheinfo.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə mənbələr məlumat verib.

Görüş ötən ay azı bir dəfə baş tutub və qapalı formatda keçirilib.

Danışıqlarda "Hizbullah" nümayəndələri, eləcə də Suriya kəşfiyyat orqanlarının və Xarici İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər. Görüş gərginliyin azaldılması səyləri çərçivəsində Türkiyə təhlükəsizlik və kəşfiyyat orqanlarının dəvəti ilə baş tutub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью