Türkiyədə sürücüsü azərbaycanlı olan yük maşını aşdı

02.10.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə azərbaycanlı sürücünün iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, hadisə Düzce şəhərində qeydə alınıb. 

Belə ki, Azərbaycan vətəndaşı Anar Y. adlı şəxsin Ankara istiqamətində idarə etdiyi yük avtomobili aşıb. 

İlkin məlumata görə, ətir daşınan yük avtomobilinin aşmasına səbəb sürücünün idarəetməni itirməsi olub. 

Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью