Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Cebheinfo.az" XEBER.GE-yə istinadən xəbər verir ki, Adanada səhər saatlarında “Furkan Vəqfi”nə qarşı əməliyyat keçirilib.
Əməliyyat zamanı vəqfin təsisçi rəhbəri Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla çox sayda şəxs saxlanılıb.
Adana İl Emniyyət Müdirliyinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində Kuytulun Seyhan rayonu, Rəşadbəy məhəlləsindəki evinin ətrafında çevik hərəkət və xüsusi təyinatlı polis dəstələri təhlükəsizlik tədbirləri görüb. Əməliyyat zamanı Kuytulun tərəfdarları evin qarşısında şüarlar səsləndirib. Həmin şəxslərlə polis əməkdaşları arasında qısamüddətli mübahisə baş verib.