Icma.az, Olke.az saytına istinadən bildirir.
İzmirin Adnan Menderes Hava Limanında “Cehennem Melekleri” adlı beynəlxalq cinayətkar şəbəkənin lideri olduğu iddia edilən Necati Coşkun Arabacı saxlanılıb.
Ölkə.Az Türkiyə mətbuatına istinadən, "Interpol" tərəfindən də cinayətkar təşkilat kimi tanınan “Cehennem Melekleri”nin üzvləri kara çirkli pul yuma, xərac toplama, narkotik və silah qaçaqmalçılığı kimi bir sıra qanunsuz fəaliyyətlərdə şübhəli bilinirlər.
Hazırda 53 yaşlı N.Coşkun barədə istintaq tədbirləri davam edir. Daha sonra məhkəməyə çıxarılacağı bildirilib.