Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Kartalkaya istirahət mərkəzindən yanaraq həyatını itirənlərdən biri də "Orduspor" klubunun keçmiş rəhbəri Nedim Türkmendir.
BAKU.WS xəbər verir ki, o ailəsi ilə birlikdə yanan oteldə istirahət edirmiş.
Anidən başlayan yanğın nəticəsində Nedimlə yanaşı həyat yoldaşı Ayşe Neva, 18 yaşındaki qızı Ala Dora və 22 yaşındaki oğlu Yüce Ata yanaraq həlak olublar.
Xatırladaq ki, Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb.
Hadisə nəticəsində 76 nəfər həyatını itirib. Yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.