Türkiyədə tarixi gün: Əliyev onunla görüşə bilər İlk dəfə | Icma.az
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
11-13 aprel tarixlərində keçiriləcək forumda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və bir çox dünya ölkələrinin rəsmiləri iştirak edəcəklər.
Forum çərçivəsində müxtəlif dövlət nümayəndələri arasında ikitərəfli görüşlərin keçirilməsi də gözlənilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, 2021-ci ildə qurulan Antalya Diplomatik Forumu xüsusilə regional müstəvidə dialoqun yaradılması, problemlərin müzakirəsi və həlli üçün mühüm platformaya çevrilib: “Ölkəmiz də bu forumun fəal iştirakçılarındandır.
Azərbaycan nümayəndə heyətinin builki foruma Prezident İlham Əliyevin rəhbərliyi ilə qatılması təsadüfi deyil.
Birincisi, mövcud geosiyasi proseslər, xüsusilə ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra baş verənlər regiondakı hadisələrə təsir edir.
Bu forum regionun gələcəyinin müzakirəsini daha da aktualaşdırır.
İkincisi, Azərbaycan bölgənin aparıcı ölkələrindən biri kimi perspektivlərin müzakirəsinə, həmçinin bölgənin gələcəyi ilə bağlı atılacaq addımlara mühüm töhfə verə bilər.
Tam oxu
Xəbəri oxu