Türkiyədə tarixi təyinat 22 yaşlı qadın baş məşqçi oldu

09.09.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Türkiyənin “Turgutluspor” klubunda tarixi baş məşqçi təyinatı gerçəkləşib.

Apasport.az xəbər verir ki, Manisa təmsilçisi əsas komandanın baş məşqçisi vəzifəsinə Zeynep Mestanı gətirib.

2004-cü il təvəllüdlü, 22 yaşlı mütəxəssis bununla da “Turgutluspor” tarixinin ilk qadın baş məşqçisi olub. Mestan klub binasında müqavilə imzalayaraq rəsmən vəzifəsinin icrasına başlayıb. 

İzmirdə dünyaya gələn Zeynep Mestan daha əvvəl qadınların həvəskar liqalarında futbol oynayıb və Bornova komandalarının formasını geyinib. 

Qeyd edək ki, “Turgutluspor” ötən mövsüm Regional Həvəskar Liqanı 10-cu pillədə başa vuraraq tarixində ilk dəfə Super Həvəskar Liqaya düşüb. Komanda yeni mövsümdə yenidən yuxarı liqaya qayıtmağa çalışacaq. 

Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq” “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur” Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA Türkiyə klubunda ayrılıq - RƏSMİ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью