Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Türkiyənin Antalya şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) ölkələrin uzanan müzakirələrdə razılığa gələ bilməməsindən sonra noyabrın 22-də axşam saatlarında başa çatıb.
Yeniavaz.com xəbər verir ki, konfransa sədrlik edən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Türkiyə Antalyada kompromisə nail olmaq üçün bütün imkanları səfərbər edib.
“Bu gün COP31-in iclasını başa çatdırdıq, lakin ümumi gələcəyimiz naminə çalışma və mübarizə əzmimiz davam edir. Daha yaxşı bir gələcək üçün çalışmağa davam edəcəyik”, – deyə nazir bildirib.
Qeyd edək ki, noyabrın 20-də, cümə günü başa çatması gözlənilən danışıqlar ortaq mövqe tapmaq cəhdləri səbəbindən bazar gününədək uzanıb. Bununla da COP31 BMT tarixində keçirilmiş ən uzun iqlim konfransı olub.
Noyabrın 22-də konfransın sədrlik heyəti tərəfindən açıqlanan yekun saziş layihəsində qlobal istiləşmənin əsas səbəbi olan fosil yanacaqlardan birbaşa bəhs edilməyib. Bu səbəbdən sənəd Avropa İttifaqı (Aİ), Sakit okean ada dövlətləri və bir sıra digər ölkələr tərəfindən qəbuledilməz hesab olunub.
Bununla da Kobfrans “Antalya Paktı” qəbul edilmədən öz işini başa vurub.
“Gecə-gündüz çalışdıq. Körpülər qurduq. Razılığa gəlmək üçün son ana qədər imkanlar axtardıq”, - konfransın başa çatdığını elan edən Murat Kurum bildirib.