Türkiyədə tələbələr arasında kütləvi zəhərlənmə baş verib

27.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Sivas şəhərində yataqxanada qalan 53 universitet tələbəsi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.

Bu barədə Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, Sivas Respublika Universitetinin bəzi tələbələri yemək yedikdən sonra halları pisləşib.

Bununla bağlı məlumat alan tibbi heyət yataqxanaya göndərilib. Qida zəhərlənməsi şübhəsi ilə 53 tələbəyə müalicə təyin edilib.

Onların yedikləri yeməklərdən nümunələr götürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью