Türkiyədə təlim təyyarəsi sərt eniş edib

01.01.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Dənizli şəhərinin Çal rayonunda təlim təyyarəsinin sərt eniş etməsi nəticəsində 1 nəfər xəsarət alıb.

"Cebheinfo.az" xəbər verir ki, İspartadan havaya qalxan təlim təyyarəsi Çal mahalı, İsabəyli məhəlləsi, Əli Çeşmesi ərazisinə sərt eniş edib.

Təyyarə eniş zamanı çevrilib. Xəbər üzərinə bölgəyə sağlamlıq, xilasetmə, jandarma və AFAD qruplar sövq edildi.

Təyyarədə olan iki nəfərdən birinin yaralandığı öyrənilib.

Təyyarənin havada olarkən mühərrikində nasazlıq yaşandığı bildirilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью