Icma.az bildirir, Axar.az portalına istinadən.
Hərbi qulluqçularımızın iştirakı ilə Türkiyə Respublikasında keçirilən “EFES - 2026” çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.
Müdafiə Nazirliyindən Axar.az-a verilən xəbərə görə, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular müxtəlif poliqonlarda artilleriya və minaatan qurğularından atış çalışmalarını praktiki olaraq icra ediblər.
İcra olunan fəaliyyətlər təmsilçilərimiz tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilir.