Türkiyədə temperatur mənfi 20 dərəcəyədək endi

28.11.2024

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Güclü qar və çovğunun müşahidə olunduğu qardaş ölkə - Türkiyədə havanın temperaturu – 20,3 dərəcəyə qədər enib.

Bakıvaxtı.az Türkiyənin Meteoroloji Müşahidə Stansiyasına istinadən xəbər verir ki, ən aşağı temperatur göstəricisi Niğdenin Konaklı ilçəsində qeydə alınıb.

Bundan əlavə, Sivas, Kayseri, Ərzincan, Malatya, Ərzurum, Adana və Nevşehir də hazırda ən soyuq vilayətlər olaraq müəyyən edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью