Türkiyədə terror təşkilatına qarşı əməliyyat

22.01.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Türkiyənin 43 vilayətində PKK/KCK-ya qarşı son 2 həftədir davam edən “GÜRZ-39” və “GÜRZ-40” əməliyyatlarında 240 terror təşkilatı üzvü saxlanılıb.
Missiya.Az 
xəbər verir ki, ölkənin Daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb.

Bildirilib ki, əməliyyatlar nəticəsində lisenziyasız silahlar, çoxsaylı təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью