Türkiyədə terror təşkilatına qarşı əməliyyat 96 nəfər TUTULDU

03.02.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin İstanbul da daxil olmaqla 22 bölgəsində “Marksist-Leninist Kommunist Partiyası” (MLKP) adlı silahlı terror təşkilatına qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edib.
Yerlikaya əməliyyatlar nəticəsində 96 nəfərin saxlanıldığını bildirib.
O həmçinin qeyd edib ki, Türkiyənin bütün bölgələrində sülh uğrunda mübarizə davam edir:
“Ölkəmizin hər bir bölgəsində sülh və sabitliyin təmin edilməsi üçün mübarizəmizi davam etdiririk”.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью