Türkiyədə təyyarə havaya qalxarkən antenə dəydi

12.06.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İstanbul-Antalya reysini icra edən Türkiyə Hava Yollarına məxsus sərnişin təyyarəsi dayanacaq ərazisinə doğru hərəkət edərkən qanadı radar anteninə çırpılıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Göyərtədəki 267 sərnişin təxliyə edilib.

Məlumata görə, təyyarəyə və həmçinin radar anteninə zərər dəyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью