Türkiyədə təyyarə qəzaya düşüb, pilot ölüb, sərnişin sağ qalıb

03.07.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün axşam saatlarında Türkiyədə M20J tipli tək mühərrikli təyyarə qəzaya uğrayıb.

APA Habertürkə istinadən xəbər verir ki, hadisə Ərzurum-Rizə sərhədində baş verib.

Nəticədə təyyarənin pilotu Mehmet Demirci həlak olub. Xilasetmə tədbirləri nəticəsində təyyarənin göyərtəsində olan sərnişin xilas edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью