Türkiyədə təyyarə radar dirəyinə çırpılıb

12.06.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Türkiyənin Antalya Hava Limanında "Boeing 777" tipli sərnişin təyyarə parkinq zamanı səhv yola daxil olub və radar dirəyinə çırpılıb.

"Ölkə.az" bu barədə "Haber Global"a istinadən xəbər verir.

"267 sərnişinin təxliyə edildiyi hadisədə bir sərnişin yüngül xəsarət alıb, təyyarəyə və radar dirəyinə isə maddi ziyan dəyib", - məlumatda bildirilib.

"Türk Hava Yolları"nın (THY) mətbuat katibi Yəhya Üstün isə bildirib ki, hadisə ilə bağlı texniki araşdırma başladılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью