Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

05.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 5 oktyabr, AZƏRTAC

Türkiyədə Ankara-Şanlıurfa reysini həyata keçirən “AJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsində partlayıcı maddənin olması barədə məlumat daxil olub.

AZƏRTAC Şanlıurfa valisi Hasan Şıldaka istinadən bildirir ki, təyyarə saat 20:05-də Şanlıurfa GAP Hava Limanına eniş edib. 136 sərnişin və 7 heyət üzvü təxliyə edildikdən sonra təyyarədə partlayıcı maddənin olub-olmaması ilə bağlı axtarış aparılıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью