Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb

22.06.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Türkiyədə Ştutqart-Qaziantep reysini həyata keçirən təyyarənin enişdən sonra təkəri partlayıb, 186 sərnişin təxliyə edilib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Almaniyanın Ştutqart şəhərindən Türkiyənin Qaziantep şəhərinə uçan sərnişin təyyarəsinin enişdən sonra təkəri partlayıb.

Hadisə nəticəsində təyyarədə olan 186 sərnişin təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.

Məsələ ilə bağlı açıqlama yayan nazirlik hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmanın davam etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью