Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Iğdır şəhərinin Topçular məhəlləsindəki tikinti sahəsində liftin şaxtasına düşərək yaralanan iki azərbaycanlı işçidən biri həyatını itirib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Qeyd edək ki, ötən gün tikinti sahəsində qəza baş verib. Binanın liftini inşa etmək üçün qurulan estakada çöküb və iki işçi inşası davam edən tikilinin 5-ci mərtəbəsindən lifin boşluğuna yıxılıb.
Biri ağır olmaqla, iki yaralı xəstəxanaya çatdırılıb.
Yaralı işçilərdən biri, 1984-cü il təvəllüdlü, azərbaycanəsilli Babək Nəcəfov təcili yardım maşınında ürək çatışmazlığından (infarkt) vəfat edib. Digər işçi, 1984-cü il təvəllüdlü Sənani Fətullayev isə əvvəlcə Iğdır Dövlət Xəstəxanasına, daha sonra isə Ərzurum Araşdırma Xəstəxanasına yerləşdirilib.