Türkiyədə TIR la mikroavtobus toqquşub, 7 nəfər ölüb

07.11.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə ağır yol qəzasında 7 nəfər ölüb.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, qəza Van-Özalp avtomobil yolunda baş verib.

Qeyd olunub ki, TIR-la mikroavtobusun toqquşması nəticəsində 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, jandarma, Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə Qrupu , eləcə də yanğınsöndürmə qrupları cəlb olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью