Türkiyədə torpaq sürüşməsi: 3 bina təxliyə edildi

12.12.2024

News24 saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Tokat şəhərində bütün günü yağış yağıb. Güclü yağışdan sonra tikinti üçün təməl qoyulan ərazidə sürüşmə baş verib.

News24.az xəbər verir ki,sürüşmə panikaya səbəb olub. Tikinti sahəsinin yuxarı hissəsində yerləşən üç binanın sakinləri vəziyyətlə bağlı səlahiyyətlilərə məlumat veriblər.

Hadisə yerinə polis, föqaladə və bələdiyyə qrupları sövq edilib.

Qeyd edək ki, bölgədə təhlükəsizlik tədbirləri görülüb. Risk səbəbindən 3 binanın sakinləri təxliyə edilib.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью