Türkiyədə toyda dəhşətli anlar Disko topu gəlinin üstünə düşdü

18.05.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin İzmit şəhərində keçirilən toy mərasimində faciə ilə nəticələnə biləcək hadisə baş verib. Belə ki, toy salonunun tavanından qopan disko topu birbaşa gəlinin üstünə düşüb.

Oxu.Az-ın "Hürriyet"ə istinadla verdiyi məlumata görə, hadisə anı salonun müşahidə kameralarına da düşüb.

Hadisə nəticəsində gəlinlə yanaşı iki qonaq da xəsarət alıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Kocaeli Şəhər Xəstəxanasına və Kocaeli Dövlət Xəstəxanasına aparılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью