Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyədə Konyanın Beyşehir rayonunda turistləri daşıyan mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində ata və oğlu ölüb, 6 nəfər yaralanıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, hadisə Beyşehir-Antalya magistral yolunda baş verib.
Avtomobildə olan Eyüp Eyi hadisə yerində, oğlu Mehmet Eyi isə xəstəxanada vəfat edib.
Mikroavtobusda olan 5 turist Beyşehir Dövlət Xəstəxanasına aparılıb.
Turistləri daşıyan mikroavtobusun Kapadokiyadan Antalyaya getdiyi məlum olub.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.