Türkiyədə uçqun: 5 nəfər yaralandı

21.12.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Ərzurum vilayətindəki Palandökən dağ-xizək kurortunda dekabrın 21-də baş verən qar uçqunu nəticəsində beş nəfər xəsarət alıb.

Bu barədə “Ölkə.Az” Türkiyənin "NTV Spor" telekanalına istinadən xəbər verir.

"Qar uçqunu Ərzurumda Palandökən dağında düşərgə quran Türkiyə milli cüdo komandasının Sultan Səkisi bölgəsinə qalxdığı zaman baş verib. Hadisə nəticəsində beş nəfər xəsarət alıb. Onlardan 16 yaşlı idmançı Emre Yazgan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, reanimasiyadadır", - məlumatda bildirilib.

Palandökən kurortu Türkiyənin şimal-şərqində, Ərzurum şəhərindən 6 kilometr məsafədə yerləşir.//Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью