Türkiyədə uçqun baş verdi, ölənlər var

16.11.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Türkiyənin Şanlıurfa şəhərində tikinti sahəsi üçün beton tökülərkən uçqun baş verib.

Metbuat.az bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində beş işçi dağıntılar altında qalıb.

Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью