Türkiyədə xərçəng müalicəsində yeni mərhələ: 2027 ci ildə tətbiq olunacaq

16.11.2026

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Türkiyədə xərçəng xəstələrinin müalicəsində istifadə edilən proton terapiyası cihazı 2027-ci ildə istifadəyə veriləcək.

Sherg.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu parlamentin Plan və Büdcə Komissiyasında nazirliyin 2027-ci il büdcəsinə dair təqdimatı zamanı açıqlayıb.

Nazirin sözlərinə görə, dünyanın ən qabaqcıl texnologiyalarından biri hesab edilən proton terapiyası cihazının İstanbulun Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasında quraşdırılması və sınaq işləri davam edir. Cihazın gələn il xəstələrin istifadəsinə verilməsi planlaşdırılır.

Memişoğlu həmçinin bildirib ki, 38 min səhiyyə işçisinin işə qəbulu ilə bağlı prosesdə son mərhələyə çatılıb. Müvafiq detalların yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağı gözlənilir.

Nazir Türkiyədə CAR-T hüceyrə terapiyasının da tətbiqinə başlanıldığını, bu üsulun indiyədək bir sıra xəstələrə uğurla tətbiq edildiyini qeyd edib.

O, həmçinin 2027-ci ildə beşi şəhər xəstəxanası olmaqla, daha 46 tibb müəssisəsinin istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью