Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Türkiyənin Balıkəsir vilayətində leysan yağışlar ciddi fəsadlara yol açıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, axşam saatlarında başlayan və fasilələrlə davam edən güclü yağış küçə və yollarda suyun yığılmasına, xəstəxananın təcili yardım şöbəsinin, bəzi evlərin və müəssisələrin su altında qalmasına səbəb olub. Havran rayonunda çökmüş asfalt yolda dayanan 3 yük maşını və 1 mikroavtobus çökəkliyə düşüb.
Altıeylül və Karesi rayonlarında nəqliyyat vasitələri su basmış yollarda hərəkət etməkdə çətinlik çəkib.
Altıeylül rayonundakı özəl xəstəxananın təcili girişi də su altında qalıb.
Güclü yağış Edremit rayonunda da problemlərə səbəb olub. Bələdiyyə qrupları mümkün daşqın riskinə qarşı çay yataqlarında və ətrafında tikinti texnikası ilə tədbirlər görürlər.
Süleyman