Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Türkiyənin Antalya şəhərindəki Aralıq dənizi Universitetinin xəstəxanasında yanğın baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Yeniyetmə və Uşaq bölməsində baş verən yanğın zamanı xəstəxananı tüstü bürüyüb. Xəstələr təxliyə edilib, xəsarət alanların olmadığı bildirilir.
Hadisə yerinə yanğınsöndürmə xidmətləri gəlib.
Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.