Türkiyədə xizək kurortunda partlayış: İdmançılar yaralandı FOTO/VİDEO

21.01.2025

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Türkiyənin Sivas şəhərində "Yıldız dağı" qış idmanı və turizm mərkəzində partlayış baş verib.

Məlumata görə, xizək kurortunda Sivas Gənclər və İdman İdarəsinin idmançılarının qaldığı ərazidə baş verən partlayış zamanı biri ağır olmaqla, 4 nəfər yaralanıb. Yaralananlar arasında məşqçilər və xizək atletləri də var.

Hadisə yerinə tibbi qruplar göndərilib. Yaralılar təcili tibbi yardım helikopteri və maşınları ilə şəhər mərkəzindəki xəstəxanalara çatdırılıb və müalicə altına alınıb. Həyatlarına təhlükə olmadığı bildirilir.

Sivas valisi Yılmaz Şimşək partlayışla bağlı açıqlama verib.

"İdmançıların otağında alışqan yandırıldıqdan dərhal sonra partlayış baş verib. Hadisənin səbəbini araşdırırıq", - deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью