Türkiyədə yanan hotelin içində hələ də insanlar var VİDEO

21.01.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin "Haber Global" televiziya kanalının jurnalisti bu gün güclü yanğının baş verdiyi Kartalkaya xizək kurortu mərkəzindən son məlumatları verib.
Bizim.Media xəbər verir ki, jurnalist canlı bağlantı zamanı 10 nəfərin ölümü ilə nəticələnən yanğının hələ də davam etdiyini bildirib.
"Hazırda Fövqəladə Halların İdarə Olunması Agentliyinin onlarla texnikası, həmçinin təcili tibbi yardım xidmətinin maşınları hotelin ətrafını dövrəyə alıb. Yanğını nəzarət altına almaq mümkün olmayıb. Təəssüflər olsun ki, hələ də hotelin içində insanların olduğu, onlarla əlaqə yaratmağın mümkün olmadığı bildirilir", - deyə jurnalist qeyd edib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью