Türkiyədə yanan hotelin sahibi saxlanıldı

21.01.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Boluda Kartalkaya kurort mərkəzindəki hoteldə baş verən yanğınla əlaqədar 4 nəfər saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç açıqlayıb. 

Onun sözlərinə görə, onlardan biri hotelin sahibidir: "Sahibi də daxil olmaqla 4 nəfər saxlanılıb. İstintaqın hər bir mərhələsi böyük diqqət və həssaslıqla aparılır". 

Gülayə Mecid 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью