Türkiyədə yanğın nəticəsində 6 ev yandı

14.02.2025

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə bir evdə baş verən və bitişik evlərə keçən yanğında 6 evə ciddi ziyan dəyib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Uşak bölgəsində baş verib.

Yanğın yerli saatla 04:00 radələrində İbrahim İnana məxsus fərdi yaşayış evində baş verib. Qısa müddətdə böyüyən yanğın bitişik 5 evə keçib.

Ətrafdakıların xəbəri üzərinə bölgəyə təcili yardım, xilasetmə, polis qrupları və su maşınları sövq edilib. Qruplar alovun yaxınlıqdakı digər evlərə keçməsinin qarşısını almaq üçün çox çalışıb.

Alov qrupların 5 saatlıq işindən sonra söndürülüb.

Oksana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью