Türkiyədə yanğınlar səngimir VİDEO

27.07.2025

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az Türkiyə mediasının yaydığı məlumatlara istinadən xəbər verir ki, meşə yanğınları şəhərdə yaşayış binalarına yaxınlaşır. Ölkədə bir neçə həftədir ki, həddindən artıq istilər fonunda irimiqyaslı yanğınlar davam edir.


“Akkuyu” Atom Elektirk Stansiyasının (AES) tikinti sahəsində meşə yanğınları başlayıb. Yanğının söndürülməsinə Rusiya istehsalı olan “Be-200” təyyarələri və “Mi-8” helikopterləri cəlb edilib.
Yanğınlar Türkiyənin kurortlarına da çatıb | VİDEO Obyektin tikintisində 10 mindən çox rusiyalı işləyir. Zərərçəkənlər barədə məlumat yoxdur.
Bundan əvvəl Türkiyə rəsmiləri ölkənin şimal-qərbində yerləşən 5 vilayətdə: Eskişehir, Balıkesir, İzmir, Afyonkarahisar və Manisada meşə yanğınlarının yaşandığı barədə açıqlama vermişdilər.


Türkiyədə tüğyan edən meşə yanğınları həmçinin Antalya kurort şəhəri ilə yanaşı, Aksu, Muratpaşa və Manavqat qəsəbələrinə də sirayət edib.
Türkiyənin Kənd və Meşə Təsərrüfatı naziri İbrahim Yumaqlının sözlərinə görə, yanğınlar nəticəsində 10 nəfər ölüb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью