Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğradı

29.08.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Türkiyənin Muğla bölgəsində meşə yanğınsöndürmə təyyarəsi təcili eniş zamanı qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, qəzadan sonra hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib. İlkin məlumatlarda pilotun qəzadan sağ çıxdığı bildirilir.

Muğla valisi İdris Akbıyık yanğınsöndürən təyyarənin tarlaya təcili eniş etməsi ilə bağlı sosial media hesabında açıqlama yayıb. Akbıyık pilotun həyatının təhlükədə olmadığını bildirib: “Yanğınsöndürmə təyyarəsi nasazlıq səbəbindən boş sahəyə məcburi eniş edib. Pilotumuz tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb. İlkin məlumata görə, onun həyatı üçün təhlükə yoxdur. Sərt enişin təsirindən təyyarə də zədələnib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью