Türkiyədə yaşayan azərbaycanlı jurnalist vəfat etdi

06.03.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Mayis Əlizadə vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Toğrul Əlizadə məlumat verib.

O bildirib ki, atası bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

Toğrul Əlizadə atasının sabah İstanbulun Yeni Ayazağa məzarlığında dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, Mayis Əlizadə Türkiyə və Azərbaycanda bir sıra mətbuat orqanları, o cümlədən APA ilə əməkdaşlıq edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью