Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksinin hündürmərtəbəli binanın dördüncü mərtəbəsində baş verən güclü yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb.
Metbuat.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə zamanı daha 20 nəfər tüstüdən zəhərlənib.
Faktla bağlı dövlət ittihamçısı araşdırmalara başlayıb.