Türkiyədə yenə aləm bir birinə dəydi ƏTRAFLI

04.12.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

“Qalatasaray” rəhbərliyi 1-1 nəticələnən “Fənərbağça” derbisindən sonra hakim Yasin Kolun idarəçiliyinə kəskin etiraz edərək TFF binasına yollanıb.

Fanat.Az xəbər verir ki, klub rəsmiləri federasiyaya təqdim etdikləri açıqlamada Yasin Kolun artıq onların matçlarında təyin olunmasını istəmədiklərini bildirib.

Görüş zamanı “Qalatasaray” tərəfi hakim səhvlərinin yer aldığı 10 dəqiqəlik videonu da TFF-yə təqdim edib. Görüş gərgin başlasa da, TFF prezidenti Hacıosmanoğlu vəziyyəti yumşaldıb və videotəhlillə tanış olduqdan sonra sarı kart epizodu ilə bağlı tənqidlərə qismən qatıldığını, lakin matçın nəticəsinə təsir edən ciddi bir səhv görmədiyini bildirib.

Rəhbərlik eyni zamanda Yasin Kolun “Qalatasaray”ın əvvəlki oyunlarındakı mübahisəli qərarlarını da federasiyaya xatırladıb. Məlumata görə, TFF mövsümün qalanında Yasin Kolun klubun oyunlarına təyin edilməməsinə müsbət yanaşır və hakimin bu həftə dincəlməsi gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью