Türkiyədə yeni qurum yaradıldı KONKRET

16.10.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə Prezident Administrasiyası yanında Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi yaradılıb.

KONKRET.az xəbər verir ki, müvafiq fərman oktyabrın 16-da “Resmi Gazete”də dərc olunub.

Yeni idarənin əsas vəzifələrinə təbii fəlakətlər və fövqəladə hallar, mülki müdafiə, səfərbərlik və hərbi vəziyyətə hazırlıqla bağlı tədbirlərin idarə olunması və koordinasiya edilməsi daxildir.

Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi Prezident Administrasiyasını, eləcə də təbii fəlakətlər və fövqəladə hallar üzrə idarəetmə mərkəzlərini müvafiq məlumatlarla təmin edəcək, həmçinin nazirlərin tapşırıqlarını icra edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью