Türkiyədə yük maşınında başlayan yanğın meşəyə yayılıb

19.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda yük maşınında başlayan yanğın meşəlik əraziyə keçib.

Hadisə Sındırgı-Simav avtomobil yolunun Düvertepe ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yük maşınında naməlum səbəbdən yanğın baş verib və alov qısa müddətdə yaxınlıqdakı meşəlik sahəyə yayılıb.

Yanğının qarşısının alınması üçün əraziyə genişmiqyaslı qüvvələr cəlb edilib. Söndürmə işlərinə havadan 6 təyyarə və 6 helikopter, qurudan isə 45 yanğınsöndürmə maşını, ağır texnika və 269 nəfərlik heyət cəlb olunub.

Hazırda yanğının lokallaşdırılması və tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью