Türkiyədə yumurta kəskin bahalaşıb

08.04.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə yumurtanın qiymətində kəskin artım müşahidə edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin “Ekonomim” qəzeti yazıb. 

Bildirilib ki, 2024-cü ilin dekabrından bu yana 30 ədədlik yumurta qablaşdırmasının qiyməti 120 lirədən (5 AZN) 250 lirəyə (təqribən 12 AZN) qalxıb. 

Bununla belə, qeyd olunub ki, bəzi yerlərdə 170-180 lirəyə yumurta almaq mümkün olsa da, ayrı-ayrı mağazalarda qiymətlərin 310 lirəyə (təqribən 14 AZN) qədər qalxdığını görmək olar: “Orqanik olaraq markalanmış yumurtaların qiyməti isə 400 lirəni (18 AZN) ötür”.

Qəzet yazır ki, ölkədə yumurtanın bahalaşmasına əsas səbəb başda ABŞ olmaqla, digər ölkələrlə sərfəli ixrac müqavilələridir. 2024-cü ildə ABŞ bazarına Türkiyədən 74,4 milyon yumurta daxil olub. 2025-ci ilin iyuluna qədər daha 280 milyon yumurtanın göndəriləcəyi gözlənilir.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью