Türkiyədə zəlzələ: Əhaliyə xəbərdarlıq edildi

13.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyənin Amasya vilayətinin Taşova ilçəsində 4,6 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkanlar yerin 6,21 km dərinliyində qeydə alınıb. Dağıntı və tələfat qeydə alınmasa da, yerli qurumlar əhaliyə tədbirli olmaları barədə xəbərdarlıq edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью